Ölkə

Keçmiş MTN əməkdaşına hökm oxundu

10 İyul 2018 14:05
0 Şərh     Baxış: 2 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müvəkkili barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Keçmiş MTN zabiti son sözündə vəkili ilə razı olduğunu deyib.

Daha sonra prosesdə hökm oxunub, Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib

Xatırladaq ki, prokuror E.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, E.Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

E.Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub, sonradan işdən çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.