Ölkə

Şabranda qətl - Həkimlər bıçaqlanmış kişini xilas edə bilmədilər

10 İyul 2018 11:57
0 Şərh     Baxış: 1 630

DİN-dən Milli.Az-a verilən məlumata görə, iyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Pünhan Mirzə
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.