Ölkə

Dövlət Komitəsi: "Dini radikalizm, dini ekstremizm yalnız islam dinində deyil, başqa dinlərdə də var"

10 İyul 2018 11:56
Baxış: 395

Dini radikalizm, dini ekstremizm yalnız islam dininə aid deyil, bunlar başqa dinlərdə də var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bütün dinlərdə sülhə çağırış var. Din terrora çağırış edə bilməz.

M.Qurbanlı qeyd edib ki, hər il dünyada ən azı 30-35 min insan terrordan ölür: "Nadir ölkələr var ki, terroru himayə edirlər. Dövlət səviyyəsində də terroru müdafiə edən ölkələr var. İndiki dövrdə terroru müdafiə edən ölkələr təcrid olunurlar".

Komitə sədri əlavə edib ki, dini ekstremizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bütün ölkələr bu mübarizədə iştirak edir:

"Dini radikalizm, ekstremizmin davamı mütləq terrora gətirib çıxardır və bu terror təhlükəsi ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir. Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarışıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə aparmaq lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirmək, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.