Ölkə

Mübariz Qurbanlı: "Gəncədə icra başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır"

10 İyul 2018 11:54
Baxış: 2 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlərin, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycan güclü dövlətdir, kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz:

"Bunu din adı altında edənlər əslində dini təhrif edirlər. Çünki bu, dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzasını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq. Bəziləri bu hadisəni yanlış yerə yozur. Lakin artıq hadisənin mahiyyəti bəllidir. Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər ortadadır. Bu, yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Onlar öz istəyinə nail olmayacaqlar".

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı, daha 11 nəfər saxlanılıb:

1. Səfərov Yunis Rafiq oğlu - 1983, Gəncə şəhəri;
2. Zeynalov Firudin Etibar oğlu - 1982-ci il Tərtər rayonu;
3. Zalov Cəfər Mürsəl oğlu - 1977, Gəncə şəhəri;
4. Əzizov Mahir Əziz oğlu - 1986, Yevlax şəhəri;
5. Əliyev Muraz Mətləb oğlu - 1989, Gəncə şəhəri;
6. Abdullayev Hamlet Ramiz oğlu - 1978, Gəncə şəhəri;
7. Ələkbərov Fikrət Balaqardaş oğlu - 1979, Bakı şəhəri;
8. Həsənov Rauf Rövşən oğlu - 1983 Gəncə şəhəri;
9. Paşayev Ramil Famil oğlu - 1980, Gəncə şəhəri;
10. Salahov Ceyhun İsrail oğlu - 1972-ci il, Gəncə şəhəri;
11. Mustafayev Rasim Hafiz oğlu - 1980, Gəncə şəhəri;
12. Zahidov Elmir Savadxan oğlu - 1996-cı il, Neftçala rayonu.

Bundan başqa, ölkə ərazisində elektrik enerjisinin kəsilməsi və E.Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb:

1. Qurbanov Rabil Səlvər oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə;
2. Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xırdalan şəhər sakini, 30 gün müddətinə;
3. Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıblı kəndi, 30 gün müddətinə;
4. Mehdiyev Aqil Səlamət oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə;
5. Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə;
6. Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə;
7. Şıxəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə;
8. Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
9. Sadıqov Əfqan Hətəmxan oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə;
10. Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
11. Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə;
12. Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə;
13. Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xırdalan şəhər sakini, 10 gün müddətinə;
14. Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə;
15. Səfərsoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
16. Qasımov Səbuhi Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
17. Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir;
18. Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, incibati qaydada cərimə olunub;
19. Rəhimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzikilər kən sakini, incibati qaydada cərimə olunub;
20. Bayramlı Səməd Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.