Ölkə

Şirvanda toyda qətl törədən şəxs hadisə yerindən qaçdı

10 İyul 2018 10:27
0 Şərh     Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvanda toyda qətl törədən şəxs hadisə yerindən qaçıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə baş verən qətl hadisəsini törədən şəxsin qaçdığı məlum olub.

Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.

Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.