Ölkə

Qayınata kürəkənini güllələdi

10 İyul 2018 09:51
0 Şərh     Baxış: 2 063

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Biləsuvar şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh Aydın oğlu ailə münaqişəsi zəminində kürəkəni, 1993-cü il təvəllüdlü Babayev Vasif Saleh oğlunu lüləsi kəsilmiş ov tüfəngi ilə güllələyib.

V. Hüseynov daha sonra özünə məxsus "Mercedes" markalı avtomobillə V.Babayevi Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Yaralı dərhal əməliyyat olunub və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən V.Hüseynov tutularaq istintaqa təhvil verilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.