Ölkə

Bakıda havanın tozlu olmasının səbəbi açıqlandı - VİDEO - FOTO

2 İyul 2018 11:14
6 Şərh     Baxış: 5 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda havanın tozlu olmasının səbəbi açıqlanıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova report-a açıqlamasına bildirib ki, Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Onun sözlərinə görə, səhər saatlarında ölkə ərazisinə daxil olan güclü (18-25 m/san) şimal-qərb küləyi nəticəsində ölkə ərazisində lokal tozlanma müşahidə edilib: "Dünən ölkədə son 120 ilin ən yüksək temperaturu qeydə alınıb. Ümumilikdə son dövrlər Bakı və Abşeron yarımadasına yağış yağmaması, temperaturun yüksək olması, quraq hava şəraitinin müşahidə olunması lokal tozun əmələ gəlməsinə səbəb olub".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda toz dumanı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.