Ölkə

BANM-ın tələbələri yay istehsalat təcrübəsi keçirlər - FOTO

25 İyun 2018 11:10
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Bakı Ali Neft Məktəbində (BANM) tələbələr hər il olduğu kimi yay istehsalat təcrübəsi keçirlər.

BANM-dan Milli.Az-a verilən məlumata görə, yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Ali Məktəbin "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan 125 nəfər tələbəsi Azneft İstehsalat Birliyinin "Bibiheybət" Neft Qaz Çıxarma İdarəsi (NQÇİ), Ə.C.Əmirov adına NQÇİ, H.Z. Tağıyev adına NQÇİ, Abşeron və "28 May" adına NQÇİ-lərində yay istehsalat təcrübələri keçirlər.

"Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan 133 nəfər tələbə isə yay istehsalat təcrübəsini Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya" İstehsalat Birliyində keçirlər.

BANM-ın üçü "Neft-qaz mühəndisliyi", ikisi "Kimya mühəndisliyi" ixtisasında təhsil alan beş tələbəsi isə böyük neft və qaz servis şirkəti olan "Baker Hughes" şirkətində 3 aylıq yay istehsalat təcrübəsinə başlayıblar.

Cari ilin iyul ayının 1-dən etibarən isə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 49 nəfər tələbə Emerson Process Management, AVANDSIS GROUP, Schneider Electric, ATENAU LTD, NÖC və Avtomatika MMC kimi şirkətlərdə təcrübəyə başlayacaqlar.

Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisələrdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan qurğular və avadanlıqları, onlara nəzarət və idarəetmə sistəmlərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilir və təcübələrin nəticələri haqqında hesabatlar tərtib edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.