Ölkə

Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb

23 İyun 2018 09:21
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərsəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a stinadən xəbər verir ki, Bakı şəhər Xəzər rayon sakin Səfərov Şaiq Babək oğlunun idarə etdiyi "10-RH-107" dovlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Səfərova Aygün Şaiq qızı, 2003-cü il təvəllüdlü Quluzadə Aygün Niyazi qızı və 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Laçın oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.