Ölkə

Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama

22 İyun 2018 18:56
2 Şərh     Baxış: 1 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində Dövlət Yol Polisi əməkdaşları ilə avtomobil sürücüsü arasında mübahisə baş verib.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki videogörüntülərdə DYP əməkdaşlarının sürücüyə zor tətbiq etməsi əks olunub. 

Görüntünü Bakıya gələn xarici turistlərdən biri lentə alıb. O, "bu, vəhşilikdir və bunu hər kəs görməlidir", - deyə öz fikrini qeyd edib.

Məsələ barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, videogörüntü bir ay əvvəl çəkilib:

"Hadisə yerində polis sürücünü döyməyib. Üç mülki şəxs mübahisə edib. Onlardan biri sərxoş olub. Polislər onları sakitləşdirməyə çalışıblar".

V.Əsədov qeyd edib ki, hazırda Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.