Ölkə

Göyçayda selin dağıtdığı körpü yenidən istifadəyə verildi - FOTO

22 İyun 2018 17:24
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda güclü sel nəticəsində dağılan körpüdə hərəkət bərpa olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini İkram Vəliyev məlumat verib.

İ.Vəliyevin sözlərinə görə, körpü bu gün əhalinin istifadəsinə verilib.

Açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbər şəxsləri və rayon ictimaiyyəti iştirak edib.

Xatırladaq ki, bu il iyun ayının 2-də Göyçay rayonu ərazisində, Göyçay çayına güclü selin gəlməsi nəticəsində çayın üzərində olan körpünün yatağı yuyulmuş, nəticədə körpü dağılmışdı. Həmin vaxtdan etibarən həmin istiqamətdən rayona giriş məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.