Ölkə

Hacı Nuranın xəstəxanadan görüntüləri - “Bilirdim ki, nəsə var...” - VİDEO - FOTO

22 İyun 2018 16:24
21 Şərh     Baxış: 14 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın tanınmış aparıcısı, "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib. Bu gün isə analizlərin nəticəsi açıqlanıb və aparıcının ağciyərində onkoloji şiş tapılıb. 

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları "Ege" hospitalda həkim nəzarətində olan aparıcını ziyarət ediblər. Hacı Nuran bazar günü təcili Almaniya gedəcəyini, orada müalicə alacağını bildirib:

"Bazar ertəsindən klinikada müalicəmi davam etdirəcəm. Bu gün səhər bir çox analizlərimin cavabı çıxdı. Ağciyər nahiyəmdə 5 sm böyüklüyündə şiş tapılıb. Ancaq bu şişin aktiv olub-olmaması yoxlamaq üçün analiz verilməlidir ki, onu da Bakıda vermək olmur. Onun nəticəsini Almaniyada biləcəyəm. 

Bilirdim ki, nəsə var... Hər gün görüşlər, tədbirlər, verilişimiz çox olurdu. Ən böyük problem vaxtdır, bu səbəbdən həkimə gedə bilmirdim". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hacı Nuranın xəstəxanadan görüntüləri -

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.