Ölkə

Bakıda yük maşını avtobusa çırpıldı - VİDEO

22 İyun 2018 12:43
2 Şərh     Baxış: 1 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını "Xaliq Faiqoğlu" şirkətinə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yüklə dolu "Shacman" markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə "Daewoo" markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəza nəticəsində şirkətə böyük miqdarda maddi ziyan dəyib. Artıq bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda yük maşını avtobusa çırpıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.