Ölkə

SOCAR dövlət büdcəsindən subsidiya alacaq

22 İyun 2018 12:54
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 963,2 milyon manat subsidiya alacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu məbləğdən 663,2 milyon manatı "Ümid", "Qarabağ" və "Babək" neft yataqlarında qazma işləri üçün istifadə olunacaq.

SOCAR əlavə 300 milyon manatı "Azərenerji" ASC-yə ucuz qiymətə satılması üçün təbii qaz idxalı məqsədilə alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.