Ölkə

Novruz Məmmədov: "Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə, demək olar ki, yoxdur"

22 İyun 2018 11:29
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə, demək olar ki, yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov CAMCA regional forumunda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün çox böyük addımlar atıb. Eyni zamanda, Azərbaycan sivilizasiyalararası dialoq istiqamətində prosesə çevrilmiş çox böyük beynəlxalq tədbirlər keçirir:

"Biz bu yaxınlarda, may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurub, qadınlara səsvermə hüququ verib. 19-cu əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq Azərbaycana münasibətdə bu ədaləti görə bilmirik. Azərbaycana müəyyən dəstək verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı bir fundamental yazı görmək olmur".

N.Məmmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər məsələ ilə bağlı normal münasibətlər ortaya qoyulmayıb: "Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe gözləyir. Ədalət olmayanda dünyada belə vəziyyət yaranır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.