Ölkə

Hərbi paradda daha bir yenilik - Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər

21 İyun 2018 17:19
1 Şərh     Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda bir sıra yeniliklər olacaq.

Milli.Az "AzeriDefence"-yə istinadən xəbər verir ki, paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) keçid edəcək.

Türkiyə Silahlı Qüvvələrinin bölməsi paradda Azərbaycan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin heyətindən sonra tribuna önündən addımlayacaq.

Paradda iştirak edən Türkiyə hərbçiləri Bakıya iyunun 20-də gəlib.

Paradda Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin də qonaq qismində iştirakı gözlənilir.

Qeyd edək ki, bu Türk hərbçilərinin Bakıda 100 il sonra iştirak etdiyi ikinci hərbi paraddır. 1918-ci ilin sentyabr ayında, Bakı şəhəri bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.