Ölkə

Öz maşınını qaçırdı - Bankdan

21 İyun 2018 14:57
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda öz maşınını qaçıran şəxs saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus "Mercedes" markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin "Mercedes" iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.