Ölkə

Sərhəddəki atışma ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO

21 İyun 2018 14:41
1 Şərh     Baxış: 5 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:41

Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı rəsmi məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo­nu­nun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasına cəhd edil­ib.

Sərhəd naryadı tərə­fin­dən İran İslam Res­pub­likasından Azər­bay­can Res­pub­likası istiqamə­tində silahlı şəxslərin hərəkəti aşkar olun­­­ub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd nar­yadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sər­həd nar­ya­dının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Kuru­pov Ra­­ma­zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları alıb. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçıblar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy­yat olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar verib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra ha­ki­­miy­yətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəli­labad rayon şöbəsi­nin əməkdaşlarına dərin minnətdarlığını bildir­ib.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ra­­mazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olun­ub.

Hadisə ilə əlaqədar zəruri tədbir­lər həyata keçirilir. Fakt üzrə Hər­bi Pro­ku­rorluq tərəfindən cinayət işi başlanılıb.

----------
10:11

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin Cəlilabad rayonu ərazisində sərhədi pozan şəxslərlə hərbçilər arasında atışma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sərhədçilərin "Dayan!" əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yaralanan sərhədçi - Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən hərbçi qulluqçunun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.