Ölkə

Şamaxıda kişi arvadını vəhşicəsinə bıçaqladı

21 İyun 2018 09:31
4 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Meysəri kəndində 1986-cı il təvəllüdlü yerli sakin Əlqəmayeva Zəhra Güloğlan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Dörd bıçaq zərbəsi alan qadın yaxınlarının köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, Z.Əlqəmayeva sifətin sağ nahiyəsinin ağız boşluğuna dəlib keçən yaraları, üz, alın və baş nahiyəsindən kəsilmiş-deşilmiş yaralar ilə Cərrahiyyə şöbəsinə daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə cərrahi əməliyyatdan sonra palataya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ər-arvad arasında bundan əvvəl də bənzər bıçaqlanma hadisəsinin yaşandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.