Ölkə

Ata azyaşlı qızını zorlayıb hamilə qoydu, uşağı həyətdə basdırdı - Azərbaycanda daha bir dəhşət

20 İyun 2018 14:00
54 Şərh     Baxış: 28 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Tərtər rayonunda tükürpədici hadisə baş verib. 

Milli.Az bakupost-a istinadən xəbər verir ki, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb. 

14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb. 

Bu barədə məlumat verən mənbə iddia edir ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş. 

Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü - zorlanan 14 yaşlı qızdır. Mənbəmiz iddia edir ki, hadisəni törədən şəxsin arvadı 6-cı - oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub. 

Hüquq-mühafizə orqanlarından faktı BakuPost-a təsdiqləyiblər. Bildirilib ki, artıq adıçəkilən cinayəti törədən şəxs zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.