Ölkə

Lerikdə gənc oğlan çayda boğuldu

20 İyun 2018 14:42
1 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:42

Lerik rayonunda çayda boğulan gəncin meyiti sudan çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti batdığı yerdən bir neçə metr aralıda aşkar edilib.

Meyit adiyyəti üzrə təhvil verilib. 

----------
13:32

Lerik rayonunda gənc oğlan çayda boğulub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-lerik yolunun 25-ci kilometrliyində baş verib. 

Belə ki, Lerik rayon sakini, 27 yaşlı Ramin Məmmədov ailə üzvləri ilə birlikdə istirahət edərkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.

Hadisə baş verən zaman ailə üzvləri orada olsalar da ona kömək edə bilməyiblər. Çayın suyu lilli olduğundan hələlik meyit aşkar olunmayıb. 

Hadisə yerinə polis əməkdaşları gəliblər. 

Axtarışların aparılması üçün FHN-nin dalğıc qrupu məlumatlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.