Ölkə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Mən şəkər adamam. Hər il 6 aydan bir müalicə alıram xəstəliyimə görə və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm?
- Lerik Rayon İcra Hakimiyyətindən zəng etmişdilər. Mənə dedilər ki, təcili gəl, səninlə görüşək. Mən də dedim ki, Bakıdayam, xəstə adamam. Nə vaxta rayona gəlsəm, gələrəm.
Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Mən nə desəm, qızım onu edəcək"
20 İyun 2018 12:28
20 Şərh
Baxış: 13 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb. Məlumata görə, 7-ci sinif şagirdi məmurun qohumu tərəfindən zorlanıb, onun videosu çəkilib. Qız hazırda 4 aylıq hamilədir.
Milli.Az xəbər verir ki, azxeber.com hadisəni araşdırmaq məqsədilə qızın atası Rasim Təhməzovla əlaqə saxlayıb.
- Bir neçə gündür sosial şəbəkədə Lerik rayonunda məmurun qardaşı oğlu, Elnur Məmmədovun qızınızı zorlaması və onun hamilə olması haqda iddialar dolaşır. Bu doğrudur?
- Bu, tamamilə yalandır. Mənim övladım evdədir, heç yerə aparmamışam. Qızım 8-ci sinfi bitirib. Kim yazıb, nə qələt edib bilmirəm. Mənim internet, sosial şəbəkə ilə əlaqəm yoxdur. Bu sözlər yalandır. Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq. Bizim aramızı vurmaq istəyirlər. Mənim qızımın adını niyə hallandırırlar, mən xəstə adamam. Səhərdən özümə gələ bilmirəm.
- Qızınızın Aydın müəllimin sürücüsü Elnurla münasibəti var?
- Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm qoy qızımın yaşı tamam olsun sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm. Bizim onlarla qohumluq əlaqəmiz olduğuna görə. Onlar qızımı istəyiblər vermişəm, adətə görə biz tərəfdə beşikkəsti var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Bu artıq sözlərdir yazırlar. Qızımı heç kim zorlamayıb.
- Ola bilər ki, Elnur sizin qızınızı qaçırmaq istəyib, siz "yox" deyəndən sonra ona təcavüz edib?
- Xeyr bu ola bilməz. Çünki mən qızımla Bakıya gəmişəm. Rayondan çıxmışam.
- Nəyə görə qızınızla rayondan çıxmısız?
- Mən şəkər adamam. Hər il 6 aydan bir müalicə alıram xəstəliyimə görə və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm?
- Qızınız hazırda hardadır?
- Qız mənimlə birlikdə Bakıdadır, hazırda qardaşımgildəyik.
- Qızınız özü haqda yazılanları oxuyubmu?
-Xeyr. Bizim internetlə əlaqəmiz yoxdur. Ona görə də biz belə şeyləri nə oxuyuruq, nə də görürük.
- Lerik Rayon Polsi İdarəsindən bu məsələ ilə bağlı sizinlə əlaqə saxlayıblar?
- Polis idarəsindən bu haqda mənimlə heç kim əlaqə saxlamayıb. Tanışlar var maraqlanıblar. Mən də demişəm ki, hər kəs gedib öz ailəsi ilə maraqlansın, mənim ailəmlə işi olmasın. Bir də ki əgər polisə şikayət olunmayıbsa, polis niyə mənimlə əlaqə saxlamalıdır?
- Qızınızı həmin oğlana verəcəksinizmi?
- Bəli. Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşik kəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm.
- Bəs qızınız o oğlanı sevməsə, ona ərə getmək istəməsə, nə olacaq?
- Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə, qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək.
- Bəs oğlanın neçə yaşı var?
- Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır.
- Bu məsələ ilə bağlı başqa kim sizinlə əlaqə saxlayıb?
- Lerik Rayon İcra Hakimiyyətindən zəng etmişdilər. Mənə dedilər ki, təcili gəl, səninlə görüşək. Mən də dedim ki, Bakıdayam, xəstə adamam. Nə vaxta rayona gəlsəm, gələrəm.
- Yazırlar ki, qızınızın intim videosu var deyə siz çox danışa bilmirsiz. Qorxursuz ki, birdən onu yayarlar.
- Onu kim yazırsa ... (söyüş söyür). Mənim qızımın adını belə şeylərdə hallandırmayın, ayıbdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
XƏBƏR LENTİ
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye





