Ölkə

Bahar Muradova: "Beynəlxalq ictimaiyyət hər bir insan üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır"

20 İyun 2018 11:22
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər bir insan, millət bundan bəhrələnməlidir. Bizim bundan başqa yolumuz qalmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 18 iyun bütün ölkələrdə insan hüquqları günü kimi qeyd edilir: "Lakin çox təəssüf ki, insan hüquq və bərabərliyinin təmin olunmasını nəzərdə tutan beynəlxalq sənədin müddəalarını yerinə yetirməli olan ayrı-ayrı təşkilatlar, beynəlxalq ictimaiyyət bunu etmir. Çox təəssüf ki ki, biz getdikcə belə hallarla daha çox qarşılaşırıq. Bu gün dünyada milyonlarla qaçqınlar bu günü qeyd etməyə məcbur olurlar. Bu günün qeyd olunmasının vaciblyi beynəlxalq təşkilatlara bir daha onu göstərir ki, insanlar öz ölkələrində, yaxud da sərbəst şəkildə seçdikləri ölkələrdə heç bir dini, irqi fərq qoyulmadan öz hüquqlarını reallaşdıra bilməli, bir ölkədə qəbul olunmuş qaydalar digər ölkədə keçərli olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.