Ölkə

Ombudsman: "Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir"

20 İyun 2018 10:41
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə təmin olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, ombudsman Elmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli inkişafına görə dünyada qabaqçıl yerlərdən birini tutur: "Azərbaycan ikinci dəfə müstəqilliyini 1991-ci il 18 oktyabrda elan edib. Ölkəmiz qısa müddətdə böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir".

E.Süleymanova əlavə edib ki, bir çox ölkələrdə ölüm cəzası tətbiq edilsə də, Azərbaycanda ölüm cəzasına 1993-cü ildə veto qoyulub.

Ombudsman qeyd edib ki, 30 ildən çox davam edən erməni təcavüzü nəticəsində hazırda Azərbaycanda 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.