Ölkə

Azərbaycan qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını artırmaq istəyir

20 İyun 2018 10:47
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını artırmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov "Azərbaycanda sığorta: Yeni perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, əsas məqsəd qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını 8 faizə çatdırmaqdır:

"Hazırda bu pay cəmi 0,8 faiz təşkil edir. Bizim strateji məqsədimiz bu göstəricini 8 faizədək artırmaqdır. Həmçinin 2018-ci ilin sonunadək sığorta yığımlarının xüsusi çəkisini 1,4 faizə çatdırmaq niyyətindəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.