Ölkə

“Mən İspaniyanı “Real” kimi görürəm” - Deputat

14 İyun 2018 17:11
3 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid" klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib. 

O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar "Real Madrid"in futbolçularıdır.

"Ona görə də mən dedim ki, favoritim "Real Madrid"dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burada qeyri-adi bir şey yoxdu axı. İspaniyanın "Barselona" komandasının tərkibində oynayanlar da "Real Madrid"in futbolçularıdır. "Real Madrid"in oyunçuları orada təmsil olunur".

Azər Badamov deyib ki, "Real Madrid" İspaniyanın komandasıdır.

"Mən İspaniyanı "Real Madrid" kimi görürəm. Ona görə  demişəm ki, "Real Madrid" mənim favoritimdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.