Ölkə

Nazirlik: TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır

14 İyun 2018 16:46
Baxış: 381

"Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir:

"TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasını yaxınlaşdıran addımdır. Nəzərə almaq lazımdır ki, ölkə "Cənub Qaz Dəhlizi"nə İoniya-Adriatik boru kəməri (IAP) vasitəsilə qoşulacaq. Bu layihə də Monteneqro üçün qaz bazarlarına çıxış imkanı yaradır".

Bununla əlaqədar olaraq Monteneqronun İqtisadiyyat Nazirliyi IAP layihəsinin reallaşdırılmasının sürətləndirilməsi üçün Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi ilə əməkdaşlığı aktivləşdirib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.