Ölkə

Baş nazirin müavini: "Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər"

14 İyun 2018 13:41
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim rəqiblərimiz açıq siyasi meydanda üz-üzə gəlməkdən qorxaraq, "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı gənclərlə görüşdə deyib.

Ə.Əhmədov bildirib ki, YAP gəncləri sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər: "İstərdim ki, gənclərimiz bu sahədə son dərəcə fəal olmaqda davam etsinlər. Çox təəssüflər olsun ki, rəqiblərimiz bu texnoloji imkanlardan siyasi etikaya uyğun gəlməyən formada istifadə edirlər. Bu gün sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil. Yəqin gələcəkdə bu texnoloji imkandan sui-istifadə etmək imkanları mümkün olmayacaq. Rəqiblərimiz üz-üzə gələ bilməyərək sosial şəbəkələr arxasında gizlənib tərbiyəsizlik edirlər, sosial şəbəkələrdən Azərbaycanın adına uyğun gəlməyən formada istifadə edirlər".

Baş nazirin müavini bu cür insanların fəaliyyətinə imkan yaratmamağa çağırıb: "Mən istərdim ki, gənclərimiz sosial şəbəkələrdən siyasi etikaya, insanlığa uyğun gəlməyən formada istifadə edən insanlara meydan verməsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.