Ölkə

DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: "Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır"

14 İyun 2018 13:11
2 Şərh     Baxış: 2 180

Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir. Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.

Milli.Az xəbər verir ki, unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:

"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb.O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ərziman Əliyev artıq pensionerdir. Özünüz də bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir. Pensiya müddətində isə o, adi şəxsdir. Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır. İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil". 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Abdulla · 14 İyun 13:4201

    "Məsuliyyət daşıyan" insanlar belə məsuliyyətsizliyə yol verməz. Bu yoldaş DİN kadrı olub, DİN bu yoldaşın səviyyəsini bilib, DİN bu yoldaşa yaxşı vəzifələr və rütbələr verib və DİN məsuliyyət daşımalıdır.

    Cavab yaz
  • Anonim
    Kenan Goycay · 14 İyun 13:5102

    Bunun evveli Goycay konyak zavodunda fehle iwleyib sonradan gedib oxuyub olub polis zabiti, buda qardawi Necimeddinde cox kobud insanlardi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.