Ölkə

"Bu kommersiya sirridir, açıqlaya bilmərik" - Elman Rüstəmov 200 manatlıq əskinaslardan danışdı

14 İyun 2018 10:56
Baxış: 3 351

Bu informasiya bağlıdır.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov 200 manatlıq əskinaslara çəkilən xərclərlə bağlı danışarkən brifinqdə deyib.

Elman Rüstəmov bunun səbəbinin kommersiya sirri olması ilə əlaqələndirib:

"Pul çap edən şirkətlər üçün kommersiya sirridir. Biz bunu açıqlaya bilmərik. Amma faktiki olaraq "100 manat"lıqlara çəkilən xərclər səviyyəsindədir. Yəni artıq xərcə yol verilmir. Əksinə xərclərin aşağı salınmasına çalışırıq və bunu son illər təmin edə bilmişik".

Təhməz Təkin
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.