Ölkə

"Tərbiyəçi uşağı döydüyünə görə çox peşmandır"

13 İyun 2018 18:09
13 Şərh     Baxış: 5 497

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi ilə görüşüb.

Milli.Az xəbər verir ki, Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, bu gün komitənin sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovla birgə Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Hüquq müdafiəçiləri orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşüblər: "Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Lakin açıq-aşkar hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir".

T. Hüseynov, həmçinin F. Tağıyevanın törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib: "Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O, bu hərəkətindən də çox peşman olduğunu bildirdi. Qeyd etdi ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib".

Qeyd edək ki, F.Tağıyeva Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi"ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Gunka · 13 İyun 18:2390

    Senin o iki uwaginida apar doyduyun uwaqlarin valideyni doysun gorek insanin can parcasina toxunanda nece olur terbiyesiz

    Cavab yaz
    • Anonim
      alsu · 13 İyun 19:2730

      oz uwagina qarwi elemezdin amma ele hereket sonraki pewmanciliq fayda vermez

      Cavab yaz
  • Anonim
    Qartal · 13 İyun 19:0105

    Onunda azyaşlı uşaqları var yeqin hüquq mühavizesi biraz sexavetli olar onun kimi olmazlar braxarlar amma uşaqlarının xetrine qoy bu hadise ölene qeder onun qulaqında isırqa olsun

    Cavab yaz
    • Anonim
      11 · 13 İyun 19:4920

      Belelerinin göz yaşına inanmaq lazım deyil terbiyesiz.Men o videodan sonra özüme gele bilmirem.

      Cavab yaz
  • Anonim
    Yeraz · 13 İyun 19:5210

    Cahannama var usaqi . O da usaq doyubda . Na yaxsiya usaqi var . Usaqin istiyan basqa usaq urayi galmaz qalxsin . Qoy getsin yatsin . Omurluk da muallimalikdan uzaqlasdirilsin. Saviyyasiz . San na zibilsan xaxin usaqin doyasan ay tarbiyasiz .

    Cavab yaz
  • Anonim
    Əsranur · 13 İyun 21:2470

    Axı,bu nir uşağı döyməyib.Necə ayrı-ayrı uşağı tolazdayırdı,erməni köpəkqızı.O uşaq əliylə divara tutunmasaydı,başı divara dəyəcəkdi.O boyda uşaq nadinc olacağın neyləyə bilərki sənə?Ətini kəsib,ananı söyüb???

    Cavab yaz
  • Anonim
    - · 13 İyun 23:0520

    Pesman usaqi doyduyune deyile,usaqi doyub tutulduqnadi.Eger pesman olsaydin heqiqeten bu hereketi etmezdin.

    Cavab yaz
    • Anonim
      Dilek · 14 İyun 06:1620

      divara cirpan kim idi....ccccc

      Cavab yaz
  • Anonim
    Ceyhun · 14 İyun 00:3010

    Bunu tutsalar yaxşıdı. Belələrinə dərs olar.

    Cavab yaz
  • Anonim
    Muhamməd ümməti · 14 İyun 01:4611

    Vallah bir tərəfdən baxanda qınamalı deyi cünki cətindir uşaqların coxu nadinc olur oqədər əsəbləşdirirlər ki istər məllim istər tərbiyəci məcbur olur vurur hədə qorxu gəlir .BİRTƏRƏFDƏNDƏ HECBİRİMİ istəməzdik ki əziyyətlə böyütdüyümüz uşağı kimdə incitsin tərbiyəcilər bu işə girəndə bilirlərki necə işdi Mənimdə başıma gəlib baxcada uşaq yatmadığına görə məllimısi onu üst kravata cıxarıb ədyallada qarşısın bağlayıb uşaq o qədər istidən bişib həmdə stres kecirmişdiki BEŞ GÜN XƏSTƏXANADA YATIZDIRDILAR SADƏCƏ MƏLLİMƏNİ YAŞLI QADIN OLMAĞINA BSĞIŞLADIM

    Cavab yaz
  • Anonim
    Harun · 14 İyun 09:0200

    Qetiyyen rehm etmeyin bu qansıza, mütleq hebs olunmalıdır. Dövletin qanunlar var tetbiq olunmalıdır. Arsızcasına deyir döymemişem, tenbeh etmişem. Utanmaz !

    Cavab yaz
  • Anonim
    Qumru · 14 İyun 13:2810

    Evde 2 yawli oglum bezen ele eseblewdirir ki, soze qulaq asmir nadinclik edir,mecbur vururam. Vallah men qinamiram bu muellimleri,indiki uwaqlar dehwetdi ewi. Biz orta mektebde muellimden qorxurduq ki, valideynimize deyer valideynimiz de bize aciqlanar. Indiki uwaqlar amma qorxmurlar

    Cavab yaz
  • Anonim
    Fidan · 14 İyun 19:5900

    Allah sene milyon defe lenet elesin Amin usaq ne qeder decel olsada sen terbiyecisen oyret Allah senin ellerini kessin alcaqin yekesi. O qinamayanlarada sozum yoxdu ele sizde onun tayisiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.