Ölkə

Gömrük rəsmisinə ŞOK təklif - Sənə 1 telefon, 3 blok siqaret, 3 ədəd araq verim...

13 İyun 2018 15:18
3 Şərh     Baxış: 6 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstandan yas mərasimindən gəlirdim. Bir nəfər mənə yaxınlaşdı ki, sənə 1 telefon, 3 blok siqaret, 3 ədəd araq verim, sonra səndən götürəcəklər. Dedim, mən bu işə nəzarət edən şəxsəm, nə təklif edirsən? Belə hallar heç bir ölkədə yoxdur. Amma bizdə belə işlərlə məşğul olan iş adamları var.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib.

S.Qaralov belə şəxsləri qanuna tabe olmağa çağırıb: "Gömrük sərhəddini keçən fiziki şəxs yox, səyahətçidir. Səyahətçi özü ilə 30 kiloqram kartof aparar? Səyahətçi özü ilə dezodorantını, notbukunu, kitabını, üz qırxanını aparar. Səyahətçi özü ilə 20 kiloqram yağ apara bilməz axı. Belə hallara yol vermək olmaz. Hamı qanuna tabe olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.