Ölkə

RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir

13 İyun 2018 15:02
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyi strukturunun təkmilləşdirilməsini davam etdirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov deyib.

S.Muxtarov bildirib ki, DGK öz fəaliyyətini təkmilləşdirmək üçün mütəmadi olaraq tədbirlər görür:

"Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri hazırlanır. Bu dəyişikliklər, o cümlədən Komitənin strukturuna daxil olan orqanlarda aparılacaq və gömrük sahəsində idarəetmə sisteminin modernləşdirilməsinə istiqamətlənib. Qanunvericiliyə gəlincə, gömrük rəsmiləşdirməsi zamanı sərf olunan vaxta qənaət üzrə işlərimizi davam etdirmək istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.