Ölkə

Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

13 İyun 2018 13:47
Baxış: 2 821

Təhsil naziri Ceyhun Bayramov "Son zəng"lə bağlı əmr imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Əmrdə məktəb rəhbərlərinə "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları tərəfindən "Son zəng"in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.