Ölkə

Yeni nazirin qadın müşaviri

13 İyun 2018 13:35
6 Şərh     Baxış: 6 449

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

Milli.Az report-a istinadən xəbər verir ki, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi" fakültəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu"nun həmtəsisçisidir.

KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov "Report"a açıqlamasında xəbəri təsdiqləyib. 

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    teselli · 13 İyun 13:4664

    ADA????oranin ilk mezunlari hele bu il qutariblar.

    Cavab yaz
    • Anonim
      Filantrop · 13 İyun 14:0361

      ADA -2006-cı ildə yaradılb.

      Cavab yaz
    • Anonim
      X · 13 İyun 14:0941

      2006da yaranib ADA. Bilmediyinizi yazmayin.

      Cavab yaz
  • Anonim
    əhməd həsənov · 13 İyun 14:2403

    4iyul 2015 -ci il ilk ada buraxlışı"biznesin idarə olunması"üzrə olub

    Cavab yaz
  • Anonim
    ded183 · 13 İyun 15:2711

    Nə yaxşı belə yüksək təhsilli qızlarımız var. Halaldı ona. Xeyirli olsun yeni işi.

    Cavab yaz
  • Anonim
    Emin Zeynalov · 13 İyun 15:5721

    Xanim ADA-ni bitirib, ADA-nin fb sehifesi bele paylashib bu haqqda, ADA-dan bashqa bir neche Universitet de bitirib, nedir ki bele teeccub doguran?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.