Ölkə

Vergilər Nazirliyi büdcəyə 2,4 mlrd. manat köçürüb

13 İyun 2018 13:22
Baxış: 691

2018-ci ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 386,5 mln. manat məbləğində vəsait ödənilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin icrasına dair (operativ) məlumatda öz əksini tapıb.

Bununla da qurum üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 101,8% əməl olunub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.