Ölkə

"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı hansı faciələr gözləyirdi..."

13 İyun 2018 20:15
Baxış: 723

"1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili vəziyyət son dərəcədə gərginləşmişdi, hərci-mərcilik baş alıb gedirdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Hakimiyətdə olan Xalq Cəbhəsi ölkəni daha dərin uçuruma aparırdı. 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Xalqıın tələbi ilə respublikanın belə ağır günündə Azərbaycan xalqının görkəmli oglu, ümumimilli lider Heydər Əliyev Bakıya gəldi. Ulu öndər az bir zaman ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Belə bir vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın ümumilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyun ayında yenidən dövlətimizin idarəçilik sükanına keçən  Heydər Əliyev xilaskarlıq misiyasını müdrikliklə, yenilməz iradə, qətiyyətlə böyük uzaqgörənliklə yerinə yetirməyə başladı".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi: "Dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı ulu öndər Heydər Əliyev belə deyib: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yaradılıb və müstəqil dövlət quruculuğu prosesinə başlanılıb.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində bir tərəfdən  Milli Ordunun formalaşması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılıb, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələdən istifadə olunub, bununla da 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyətə malik atəşkəs rejiminə nail olunub.

Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev deyib: "Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır"".

R.Əliyev qeyd edib ki, ondan sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyərinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və  balanslaşdırılmış siyasi kursu ilə  Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir: "Heydər  Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sahəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması və inkişaf etdirilməsi, yeni sosial-iqtisadi layihələrin  həyata keçirilməsi, regionda, eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq".

İlkin İzzət
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.