Ölkə

Qida sahəsi üzrə sahibkarlıq subyektlərinin qeydiyyatına başlanacaq

13 İyun 2018 10:34
0 Şərh     Baxış: 333

İyulun 1-dən Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatına start veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həll şöbəsinin müdiri Mənsur Piriyev deyib.

O bildirib ki, Azərbaycanda qida sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi baxımından qeydiyyata alınır və reyestrə daxil edilir.

Qeydiyyat ərizə və ona əlavə edilən sənədlər ASAN xidmət mərkəzlərində fəaliyyət göstərəcək müvafiq bölməyə təqdim edildikdən sonra 30 gün ərzində həyata keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.