Ölkə

Qardaşlar qonşunun qanını tökdülər

13 İyun 2018 10:10
0 Şərh     Baxış: 1 085

Quba rayonunda bıçaqlanma olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Zərdabi kəndində baş verib.

Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağasiyev Kamran Qəzənfər oğlu və 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində iki qardaş E.Dadaşovu bıçaqlayıb. Yaralı təcili olaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Ağasiyev və E.Ağasiyev saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.