Ölkə

İlqar Kamildən Fazil Mustafaya qardaşyana təpki - Sizi narahat edən nədir?

12 İyun 2018 18:03
41 Şərh     Baxış: 4 072

Son günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin Kərbəla şəhidlərinin əzadarlığı ilə bağlı paylaşdığı fikirlər qalmaqallara və sosial gərginliyə səbəb olub. Bununla bağlı gənc şair İlqar Kamil Facebook sosial şəbəkəsindəki profilində F.Mustafaya ünvanlanmış "Günəş belə etməzdi - Fazil Mustafaya!" adlı yazı paylaşıb. Milli.Az İlqar Kamilin həmin yazısını təqdim edir:

"Hörmətli Fazil bəy, neçə gündü məlum olaylarla bağlı sizin açıqlamalarınızı izləyirəm, əziz atalarımız demiş, avazınız yaxşı gəlir, amma oxuduğunuz, çox təəssüf ki, Quran deyil. Barı milli nəsə bir şey oxusaydınız...

Neçə il qabaq tarixçi Altay Göyüşöv demişdi bunu, biz nə mərifətdə, nə savadda, nə ədəbdə, nə ərkanda, nə insafda, nə şücaətdə, nə də azərbaycanlılıqda cümhuriyyət qurucularının tayı deyilik, demişdi, yəni biz o irsi qoruya bilməmişik, demişdi, mən də razılaşmışdım onunla, siz də lütfən razılaşın, bəli, biz o irsə tam sahib çıxa bilməmişik, o boyda işlər görməsinə rəğmən xalqına ömrünün sonunacan yalnız "uca millət" deyə müraciət edən Rəsulzadədən fərqli olaraq, beş dənə kitab oxuyub, ikisini də yazan kimi düşünürük ki, vəssəlam, bu yazıq xalqa nə istəsək, deyə bilərik. Qaşlarımızı çatır, yumruğumuzu düyünləyir, deyirik, söyürük, danlayırıq... bu nə hikkə, qardaşım, adam heç doğma balasıyla bu qədər rahat ola bilmir.

"İşıq qəfil yandı, qaranlığın bağrı yarıldı.

Günəş belə etməzdi".

Sizi kənardan izlədikcə adam az qala bu qənaətə gəlir ki, dərdiniz, iddia etdiyiniz kimi, əzadarlıqlardakı səs-küy, ağlaşma-filan deyil, ifrat aqressiyanız sözünün mustafasını deyə bilməyən qəzəbli bir adamı xatırladır, adama elə gəlir, sizi narahat edən bir başa Aşuranın özüdür, amma sonra deyirsən, yox, əşşi, ola bilməz, Aşura yalnız vicdansız adamı narahat edə bilər, Fazil bəyi niyə narahat etsin ki? Aşura yalnız zalımı qorxuda bilər, Fazil bəy hara, zülm hara? Haqq yalnız batili incidə bilər, Fazil bəy, axı, həqiqət çarçısıdı. Günəş yalnız zülmətin canına xof sala bilər, Fazil bəy, axı, bu xalqın aydınıdı...

İstər şəhid Mübariz İbrahimovdan, istər o böyük şəhidlərin ehtişamlı Aşura hərəkatından dünyanın harasında, kimə danışırsan heyrətdən sayqı şapkası çıxarır, istəsəniz gedin yoxlayın, bir sadə fransıza, bir ispana, bir almana, bir rusa... lap elə Marsda həyat axtaran İlon Maskın özünə danışın bu haqda, görün necə vəcdə gələcək ruhları, necə təsirlənəcək, necə sayqı duyacaqlar...

Oğlunuza başqa mədəniyyətlərə, kültürlərə sayğılı yanaşma düşüncəsini aşılamanızı təqdir edirəm, fəqət bəs öz kültürümüzün günahı nədir? Fazil bəy, açıq deyin, sizi bu kültürümüzdə narahat edən şey nədir? Səs-küymü? Elə isə, bu səs-küyü yatırtmaqçün qaldırdığınız hay-həşir, inciməyin, daha çox baş ağrıdıcıdır.

Hər şeyə Qurandan əsas istəyən hörmətli Fazil bəy, bəs sizin fikirlərinizi bölüşməyən hər kəsə bir təhqiramiz yarlıq yapışdırmağın necə, ayəsini göstərə bilərsiniz? Xeyr, bu, Quran əxlaqı deyil, heç Rəsulzadə əxlaqı da deyil, yadıma gələn Lenin belə deyirdi: bizdən olmayan bizim düşmənimizdir!

Freyd bizim milli deyimimiz olan "eşşəyə gücü çatmır, palanı döyür" məsələsini "смещение" adlandırırdı, sən demə, təhtəl-şüurumuzun bizi qorumaqçün belə bir maraqlı mexanizmi varmış, adam, məsələn, kobud müdirinə bir söz deyə bilməyəndə gəlib evdə uşağını çırpışdırmaqla da sakitləşə bilirmiş. Yadımdadı, ətrafındakı zalımlara bir söz deməyə cəsarəti çatmayan adamların dönüb-durub Allaha daş atmasını da belə izah etmişdim: əsəbidirlər, gərgindirlər, narahatdırlar, qəzəblərini kiməsə boşaltmalıdırlar axı, zalıma zalımsan deyib işə salsınlar özlərini? Bəs nə etsinlər, necə etsinlər, ürəkləri partlayar axı, odur, sakitləşməkçün ən yaxşı ünvan, söyənlərini belə sevəcək qədər böyük olan mehriban Allahdır!

Yəni, hörmətli millət vəkilimiz, mən sizdəki bu aqressiyanın da əsl qaynağını, mənşəyini, səbəbini anlamağa çalışıram, siz müsəlmansınız, siz ziyalısınız, siz Aşuraya qarşı ola bilməzsiniz, yox, məsələ başqadır, odur, bir qardaş kimi bütün səmimiyyətimlə o məşhur sualı soruşmağa məcburam:

Haranız ağrıyır, Fazil bəy?"

Milli.Az

loading...

Şərh yaz:

41 Şərh:

  • Anonim
    Women · 12 İyun 18:381843

    Ela yazmisan. Halaldi yazan ellere, boyuk ureye

    Cavab yaz
  • Anonim
    Ceyhun · 12 İyun 18:451744

    Əllərinizə sağlıq. Əla yazı və Fazil kimilərinə gözəl cavabdır.

    Cavab yaz
  • Anonim
    Coshqun · 12 İyun 18:461444

    Ehsen İlqar Kamil...

    Cavab yaz
  • Anonim
    Fuad · 12 İyun 18:501211

    Həqiqətən də Azərbaycan toplumuda fərqli fikirlərə dözümsüzlük var. Bir nəfər bir söz deyir, hər kəs arı pətəyi kimi daraşır onun üzərinə. Bu nə düşüncə tərzidir? Hər kəsin öz fikri var. Fazil bəy də bu ağlaşmanı islama aidiyyatı olmadığı düşünür. Mən də onun fikirini dəstəkləyirəm. Biz Kərbəla şəhidlərinə yas tutmaqdan öncə onların etdiklərinə bir dəyər olaraq baxıb ondan nələrisə götürüb həyatımıza tətbiq etməliyik. onlar nə uğrunda həlak olublar ona baxmalıyıq

    Cavab yaz
    • Anonim
      oxucu · 12 İyun 19:031142

      Elə İlqar bəy də Fazilə fərqli düşüncə ilə cavab verib. Sadəcə fazil Mustafa mütəmadi olaraq savadsız, şiələri daim aşağılamağa çalışan vəhabilərin facebook-da paylaşdıqlarını paylaşır. Halbuki, özü həmişə savaddan dən vurur. Fazil Mustafa onun təhiqlərinə qarşı tənqidi söz deyən az qala bütün şiələri İran casusu, Qum saatı işləyənlər hesab edir. Hərçənd, özü də Bakının saatı ilə "işləmir". Türk pərdəli səudiyyə saatı ona xeyir gətirməyəcək.

      Cavab yaz
    • Anonim
      men · 13 İyun 14:0811

      Cunki duz soz yandirir.Paylasilan videoda Mekkeni tehqir eden taleh ve etrafinda ona destek verenler.İc uzleri ortaliqdadir.Bir vaxtlar Mirze Elekber Sabir Celil Memmedquluzade kimi sexsler de cemiyyetin cahilliyini bisavadligini tenqid eden bu cur munasibetle uzlesibler.

      Cavab yaz
      • Anonim
        men e · 13 İyun 17:1500

        Sabiri qatmayin,Celil Memmedquluzadeynen ozunuz bilersiniz.

        Cavab yaz
        • Anonim
          men · 13 İyun 17:3800

          Mirze Elekber Sabir dovrun cahilliyini ve mollalarin din adi altinda camaata siridigi cehaleti tenqid edib.Hemcinin Celil Memmmedquluzade de.Bu isde en guclu mubarizeni Molla Nesreddin jurnali aparib.Ancaq gorurem ki heqiqetler aci oldugu ucun size serf etmir.Cunki onlar kimi ziyalilar sizlerin esl simanizi ortaliga cixariblar.

          Cavab yaz
          • Anonim
            men e · 13 İyun 17:5600

            Menim simami taniyan Allahdir.Sabir xurafata qarsi olub,dine yox.Ancaq Celil Memmedquluzade sirf Allahsiz olub.Edebiyyat dersi kecmeyin.Sunni terefdari oldugun ucun ele sen de xurafatcisan.Sizler deme ,sen de o ,,sizlerin ,, icinde varsan.Serhlerinden melumdu.

            Cavab yaz
            • Anonim
              men · 13 İyun 21:0000

              men de onu deyirem ki Sabir cehaleti xurafati tenqid edib.mollalarin size din deye siridiqlari cehaleti.100 il bundan evvel Meherremlikde bas yarib ozunuze sallaq vuran mollalarin sozu ile ovladlarinizi oxumaga qoymayan ve bu cur emelleri Islam hesab eden siz olmusunuz.Hele bir inkar edirsen.? Suniiler sizler kimi cehalet girdabinda batmayiblar.Islami qoruyan onu yayan onun ugrunda cihad edib canindan kecen sunni turkler olub sizler yox.yene de bele olacaq.Islamin bayraqdari yene sunni Turkler olacaq.

            • Anonim
              Bir kes · 13 İyun 22:5100

              ,,Dahilerin goz yashi,, kitabindan Sabirin Kerbela sehidlerine qesidesi...........ardi,Sabira ,her il eza saxla Eli Ekbere sen,Kerbelade gedib agla o shahi davere sen Gel qiyametde bu cem ile sefi meshhere sen,Qalma hesret iki dunyade bu Movla uzune. (M.e.Sabir.ruhuna fatihe)

            • Anonim
              Bir kes · 13 İyun 23:1621

              Ehli Beyt sever biri olaraq sizlerin Ramazan bayramini tebrik edirem,sonda hamimiz bir Allaha ibadet edirik.Sunni ya Shie haqlidir,Allah islah edecekdir.Amma haqqa geden yol Ehli Beyti sevmek ve onun yolunu tutmaqla tamamdir.

            • Anonim
              bir kese · 14 İyun 09:1800

              Kerbela hadisesi hamimiz ucun huznlu bir hadisedir.Hamimiz onun mahiyyetini derk etmeliyik.Mirze Elekber Sabir kimi.Daha mollalarin sozune uyub Islama zidd olan emellere yol vermemeliyik.ifrata varmamaliyiq.Hamimizin Ehli Beyte sevgisi vardir.Birlik ucun kecmis dusmenciliyi unutmaliyiq.Sieler de bu birlik ucun sunnilerin yaninda olmalidir.daha iranin sozune aldanib qarsilarinda durmamalidir.

            • Anonim
              Bir kes · 14 İyun 09:4100

              Siələrin bir düşməni var vahabilər.hələ İranla serhedler baglı olan vaxtlarda da dede babalarımız Əhlı beytin hörmətini saxlamış,hec bir sünnini alçaq gözlə görməmişlər.Peygəmbərin son vida xutbəsində deyildiyi kimi' Özümnən sonra sizlərə iki əmanətqoyuram .Quran və ƏhlıBeytim.Bu iki ipdən möhkəm yapışsanız dogru yoldan sapmazsınız.,,İfrat deyəndə ki,İmamlara onun övladlarına qarşı sayqisızlıq Peygəmbərə s. qaRşı saygısızlıq olar.Hərə sevgisini bir cur izhar edir.

  • Anonim
    Alimardan · 12 İyun 18:521446

    cox tutarli cavabdir. bu Fazil şiəliyə disməndir. nəzərə alsagki, Azərbaycanin 70-80%i, dunya azərbaycanlilarinin isə 95%i şiədir, onda Fazilin garninin niyə agridigi məlum olur, burda həmdə İlgar Kamilin "haraniz agriyir" sualininda cavabi məlum olur. "garni agriyir"

    Cavab yaz
    • Anonim
      Dd · 12 İyun 21:092111

      Şiəlik insanlığa müsəlmançılığa düşməndi.

      Cavab yaz
    • Anonim
      Dd · 12 İyun 21:10358

      Azərbaycanlıların 95% şiə deyil ay avam.

      Cavab yaz
      • Anonim
        Alimardan · 12 İyun 21:581242

        sən deyəsən başa dusmədin. F.M azerbaycanlilarin 95% nin əleyhinədir, onlara dusməndir. deməli Gəgəni, bu Fazil.Mustafa sənində, mənimdə və cumlə cahan azərbaycanlilarinin dusmənidir. bu gədər sadə. hə yerdə galan 5%də 95%in hormətini saxlayir. bəlkə sən hec azerbaycanli deyilsən?

        Cavab yaz
        • Anonim
          Biz · 12 İyun 22:11428

          Ağzıva gələni yazma. Sən kimsən bu millətin adından yazırsan? Dən kimsən kimisə düşmən çıxardırsan. O millətçidir. Deməli farsdlara aftafa tutan İrana görə erməniyə qardaş olmağa hazırlardan min qat yaxşıdır. Azərbaycanın düşmənləri sənin kimi İran yaltaqları ərəb aşiqləridir. Mən təmiz qanlı azərbaycanlıyam amma şiə deyiləm. Sən kimsən axı? Əslin nəslin kimdir

          Cavab yaz
          • Anonim
            Alimardan · 12 İyun 22:33637

            xətrivə ös dəydi? şiə olmaya bilərsən, amma xalgivin, millətivin əkdəriyyətinin (95%ə inan) əgidəsinə hormət eləməyə borclusan.

            Cavab yaz
            • Anonim
              .... · 13 İyun 01:1131

              Xalqın 95 faizi şiə deyil.

          • Anonim
            Alimardan · 13 İyun 00:4113

            95% barədə: eyer duzgun hesablama aparmagi bacarsan, nəticəni ggorəndə gozlərin yəgin bərəli galacag

            Cavab yaz
            • Anonim
              men · 13 İyun 14:0521

              Birincisi Azerbaycan ehalisinin 95% i sie deyil.İkincisi qilinc ve qirginlar hesabina sielesdirilmisik.Yeni burda fexr edilesi bir sey yoxdur.

            • Anonim
              Alimardan · 13 İyun 15:1103

              sozu duz anlamirsan hələ xoruzlanirsanda. 95% deyəndə sohbət dunyadaki azerbaycanlilardan gedir. yəni sən dunyada yasayirsansa, azərbaycanlisansa deməli sənin millətivin 95%i şiə muslmanidir. bunu anlamadinsa daha mənə yazma, sənə vaxtim yoxdur

            • Anonim
              men · 13 İyun 17:2011

              camaati burda borclu cixartma.her hansisa bir seyi izah elemeye calisanda aydin izah etmek lazimdir ki digerleri basa dussun.Hemcinin mezhebin faizi ile oyunmek de bir sey deyildir.Ona qalsa sunnilik 90 faizdir.siz ise vur tut 10%.nese ede bileceyinize umid etme.

  • Anonim
    Mədrəsə · 12 İyun 18:591114

    Fazil bəy həqiqətləri çatdırmağa çalışır. Kor-koranə təqlidçilik isə bizi batırdı.

    Cavab yaz
  • Anonim
    oxucuya · 12 İyun 19:4865

    Deyirem ay oxucu, serhini oxudum, savadli adama oxsayirsiz. Sen bilersen. Osmana(xelifeye) qoca vaxtinda( 82yas) sui qest edilib. Sui qesti kimler eletdiribler. adi vetendas.

    Cavab yaz
    • Anonim
      oxucuya · 12 İyun 20:1873

      Tarixde ilk defe muselmanlarin arasina qan dusmenciliyini kimler saldirdilar???adi vetendas.

      Cavab yaz
  • Anonim
    Moderatora sikayet · 12 İyun 19:5515

    Men ele soz dememisem. Deyende kim yanimda olub ki? (Belke kimse, men deyende diktafona yazib ve ya vidoya cekib. Subut.)Ayib deyil mene ser atirlar. V.I. Leninin ruhu.

    Cavab yaz
  • Anonim
    Kurupskaya · 12 İyun 20:1118

    Leninin Aprel tezislerini kim bilir?

    Cavab yaz
  • Anonim
    M · 12 İyun 20:383214

    Fazil Mustafa,pis yaxşı millet vekilidir,milleti temsil edir ve düşünürem ki onun ağrıyan yeri ele onun temsil etdiyi milletdir.Bes sen kimsen?deyim sen kimsen,sen Fazil Mustafanın hemin ağrıyan yerinde olan sağalmaz bir yarasan! Göründüyü kimi Fazil Mustafa o yaranı möhkemce deberdib,iniltiniz kesilmir,sızıldaya-sızıldaya qalmısız.

    Cavab yaz
    • Anonim
      Coxlarina · 12 İyun 21:421041

      Sevinmeyin ki,dinsizdir.Nurcudur.Ona gorede sieliyi qebul etmir.

      Cavab yaz
      • Anonim
        Biz · 12 İyun 22:132812

        Əccəb edir qəbul etmir. Mən də nə şiəliyi nə də digər təriqətləri qəbul edirəm. Bu milləti uçuruma aparan başıboşlarsız siz

        Cavab yaz
        • Anonim
          Biz batmışa · 12 İyun 22:22107

          Ay savadsız .Nurcu bilirsen nedir?ELƏ təriqətdir.Radikal özü de...Bilməyib xoruzlanma..

          Cavab yaz
          • Anonim
            .... · 13 İyun 01:1222

            Elə şiəlik də təriqətdir.

            Cavab yaz
          • Anonim
            .... ə · 13 İyun 08:0123

            Pazor..

            Cavab yaz
    • Anonim
      ...... · 12 İyun 21:482916

      Dindən heç kim heç bir cəmiyyət nicat tapmayıb. Din bu dünyaya qan və əzab gətirib. Cəlil Məmmədquluzadədən tutmuş Sabirə qədər bütün maarifçilər bu millətin axmaq savadsız cahil və mənasız din adətlərinə gülüb. Bu gün də gah fars gah da ərəb debillərin arxasınca gedərək bu avam millət təriqət bataqlığına batmaq üzrədir. Bu millətin özünə hörməti olmadığından başıboş fərdləri kifayət qədər olduğundan yenə ağı qaradan seçmir. Bədbəxtlər itirilən torpaqlar üçün əlinə silah almağa cəsarəti çatmır amma arvad kimi ağlamağa göz yaşı boldur. Ağlayan kişi kişi deyil arvaddır. Ərəb fars ağlayır deyə sən də ağlamalısan? Sən nə ərəbsən nə qara fars

      Cavab yaz
      • Anonim
        ...... ə · 12 İyun 21:59148

        Aglamayanlar bes niye eline silah goturmur??Onlarin da cesareti catmir??Sen Azerbaycanlisan,dini qebul etmirsen,aglamirsan -onda gotur silahi.

        Cavab yaz
  • Anonim
    Dd · 12 İyun 21:082714

    Aşura nədi ki?peyğəmbəri bir kənara atıb adi bir din şəhidi olan sadə bir bəni insan üçün ifratcasına matəm saxlayan cahil toplumun qara bayramıdı??müsəlmanın quranı var peyğəmbəri var.kənar şeylərlə gənclərimizin beynini doldurmayın

    Cavab yaz
  • Anonim
    · 12 İyun 21:56613

    Fazil Mustafa qədər savadınız,milliyyətçiliyiniz,cəsarətiniz olsaydı.Düz söz deyən pis olur,niyə?

    Cavab yaz
  • Anonim
    ŞAMAN · 12 İyun 22:091142

    Əgər Aşuranın mahiyyətini anlamırsınızsa, şəhid olanları qiymətləndirə bilmirsinizsə, ay imansızlar ən asan yolunuz odur ki, uzun saqqal saxlayın, səudiyyə tulası olun, ox- nizə hazırlayın növbəti qanları tökməyə plan hazırlayın.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.