Ölkə

Zaqatalada leysan yağışlar dağda uçquna səbəb oldu - FOTO

12 İyun 2018 16:34
0 Şərh     Baxış: 1 381

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.