Ölkə

Kərəm Həsənov: "Azərbaycanda dövlət müəssisələrinin qeyri-profilli aktivləri özəlləşdirilməlidir"

12 İyun 2018 14:46
Baxış: 578

Azərbaycanda dövlət müəssisələrinin restrukturizasiyasını və onların qeyri-profilli aktivlərinin özəlləşdirilməsini həyata keçirmək lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

O bildirib ki, bir sıra dövlət müəssisələrinin kiçildilməsi lazımdır:

"Bunun üçün bu müəssisələrin sağlamlaşdırılması həyata keçirilməlidir, daha sonra onların aktivindən qeyri-profilli müəssisələri çıxarmaq və özəlləşdirməyə çıxarmaq lazımdır. Ona görə də bizim əsas tapşırıqlarımızdan biri dövlət müəssisələrində qeyri-profilli aktivlərin müəyyənləşdirilməsidir".

Komitə sədrinin sözlərinə görə, bu dövlət müəssisələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək:

"Bu proses dövlət müəssisələrinin üzərinə düşən gərginliyi, dövlət büdcəsinin xərclərini azaltmağa imkan verəcək, bu isə öz növbəsində, dövlət müəssisələrinin daha sağlam fəaliyyətini təmin edəcək".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.