Ölkə

Azərbaycan yeni ixrac missiyalarının istiqamətlərini açıqladı

12 İyun 2018 13:53
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin sonunadək Azərbaycan daha 12 ixrac missiyası təşkil etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev bildirib ki, Həştərxan şəhərində təşkil edilən ixrac missiyasını da nəzərə alaraq, bu missiyaların sayı 2018-ci ildə 13-ə çatacaq:

"İrxac missiyaları İsveçrə, Monqolustan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə təşkil ediləcək. İki missiya Rusiya və Çinə göndəriləcək. Cari ilin sonunadək Azərbaycan 6 beynəlxalq sərgidə vahid stendlə çıxış edəcək".

AZPROMO rəhbəri həmçinin qeyd edib ki, bu ayın sonunda Ukraynada, gələn ay isə Latviyada Azərbaycan Ticarət evlərinin açılışı planlaşdırılır. Bu ilin sonuna qədər Şanxayda Azərbaycan Şərab Evi də açılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.