Ölkə

"Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir"

12 İyun 2018 13:38
Baxış: 331

Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: "İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir".

O vurğulayıb ki, hər bir siyasi partiya öz hesabatını həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara təqdim etməlidir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.