Ölkə

Pambıq tarlasında zəhərlənən 20 nəfərdən XƏBƏR VAR

12 İyun 2018 10:33
1 Şərh     Baxış: 1 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilən 20 nəfər evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adəm Əliyev məlumat verib.

Baş həkimin müavini bildirib ki, dünən gün ərzində həmin xəstələrin vəziyyəti tam qənaətbəxş olduğu üçün stasionar müalicədən ambulator müalicəyə buraxılıb: "Gün ərzində xəstələr təkrar müayinə olundular, vəziyyətləri tam yaxşı olduğu üçün evə yazıldılar. Zəhərlənənlərdən 4 nəfər hazırda Bakıdadır. Onların da vəziyyətləri normaldır".

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər isə Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.