Ölkə

Azərbaycanın müdafiə sənayesi məhsulları Parisdə nümayiş etdirilir

11 İyun 2018 18:25
Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində keçirilən, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "EUROSATORY-2018" Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirir. "EUROSATORY" sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin ilk günü Y.Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın qabaqcıl şirkətlərindən olan "THALES" və "NEXTER"in nümayəndə heyətləri ilə görüşləri olub. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb. Eyni zamanda, Yavər Camalov Almaniyanın "RHEINMETALL" şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə "RHEINMETALL" şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə Y.Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək "Expo-2025" Ümumdünya sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı geniş müzakirələr də aparıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.