Ölkə

"Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra akademiya əlavə vəsait qazanacaq"

8 İyun 2018 17:34
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan elmində fizika, biologiya və riyaziyyat istiqamətləri inkişaf etməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib.

A.Əlizadənin sözlərinə görə, qarşıdakı illərdə regionalyönümlü layihələrə, tədqiqatlara üstünlük veriləcək və onlar AMEA tərəfindən dəstəklənəcək.

Azərbaycanda innovativ elmin inkişaf etdirilməsini vacib sayan A.Əlizadə əlavə edib ki, Azərbaycan alimləri ilk növbədə özünü doğruldan Avropa layihələrində iştirak etməlidirlər: "Bu layihələrdə alimlərin iştirakı Azərbaycan elminin dünya fundamental elminin ön sıralarında iştirakına zəmin yaradır".

A.Əlizadə qeyd edib ki, Yüksək Texnologiyalar Parkının bütün infrastrukturu tam olaraq, yaradılmalıdır: "Hesab edirəm ki, o yaradılandan sonra akademiya büdcədənkənar vəsait qazanacaq. Bunula da Azərbaycan elmi büdcədənkənar maliyyə hesabına da inkişaf edə biləcək".

A.Əlizadə bildirib ki, akademiya universitetin yaradılması da başlıca prioritetlərdəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.