Müəllimlərin yerdəyişməsinə başlanılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
4-11 iyun 2018-ci il tarixlərində http://miq.edu.az/ saytında iş yerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyata start verilir.
Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrlə təsdiq edilmiş "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi" qaydalarına əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.
İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.
Ərizələr elektron formada doldurulacaq. Bunun üçün namizədlər şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur.
Şəxsi səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək. Əgər namizəd işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişdirsə, müsabiqəyə qatılmaq istədiyi balı seçməlidir.
Daha sonra iş yerini dəyişmək istəyən müəllim şəxsi, təhsil və digər zəruri məlumatları daxil edir. Digər məlumatlar bölməsində namizəd iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial amilləri qeyd etməli və təsdiqedici sənədləri yükləməlidir.
Son olaraq namizəd vakansiya seçimi bölməsinə daxil olub, istəyi üzrə vakant yer seçimini etməlidir. Namizədlər elektron ərizələrində yerdəyişmə istədikləri 4 vakant yeri göstərə biləcəklər.
Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq hesablanır. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq hesablanmalıdır.
Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcəkdir. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir.
Zərif Nisə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Halit Ergençin Bergüzarı çimərlik geyimində pozlar verdi - (Video)
-
Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"
-
Ələt-Bakı yolunda qəza: "Mercedes" aşdı - (Video)
-
Yasamalda işıq olmayacaq
-
Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
Qobustanda maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi
XƏBƏR LENTİ
-
"Hünkar bəyəndi" resepti
-
Halit Ergençin Bergüzarı çimərlik geyimində pozlar verdi - (Video)
-
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
-
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar
-
Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"
-
Ələt-Bakı yolunda qəza: "Mercedes" aşdı - (Video)
-
Yasamalda işıq olmayacaq
-
Günün qoroskopu: Özünüzü ifadə etməkdən çəkinməyin
-
Leysana görə Tbilisi hava limanı işıqsız qaldı
-
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
-
Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
“Sabah”ın potensial rəqiblərinin oyununda “Vardar” qalib gəldi
-
Dambrauskas: “Fantastik insandır, onsuz çox ağır olacaq”
-
Dalay Lama: "130 il yaşayacağam"
-
Argentina - Misir matçının ən yaxşısı seçildi
-
Qobustanda maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi
-
“Mən şeytanam” - Gupse Özay
-
Narkotik tərkibli dərmana görə yanğın törətdi - (Foto)
-
Yapon nazir Türkiyədəki suya təəccübləndi (Video)
-
Qızı "Ələkbər əmi"ni belə yad etdi (Video)
-
DÇ-2026: Argentina 1/4 finalda
-
“Fikret”lə “Tahsin” illər sonra (Video)
-
“Sabah” - TNS-i məğlub edib (Video)
-
Gəncədə yataqxanada yanğın olub - xəsarət alan var - Yenilənib





