Ölkə

Deputat: "Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır"

26 May 2018 10:18
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış əvf sərəncamı Prezident İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu sərəncam Prezident İlham Əliyevin humanist siyasətinin, eyni zamanda, ölkə vətəndaşlarının mənən sağlam, düzgün həyat tərzi keçirməsi ilə bağlı istəyinin daha bir göstəricisidir:

"Bu əfv sərəncamı Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşına diqqətinin təzahürüdür. Bu sərəncam yüzlərlə ailənin böyük sevincinə səbəb oldu".

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.