Ölkə

Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"

24 May 2018 14:17
Baxış: 6 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil institutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: "Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.